Avropa Liqasının pley-off mərhələsinin bəzi oyunlarının vaxtı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin mümkün rəqibi “Fənərbaxça” ilk matçının vaxtını müəyyənləşdirib.
“Neftçi” – HİK cütünün qalibini gözləyən Türkiyə təmsilçisi pley-offun ilk görüşünü avqustun 19-da keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyun İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq.
Artıq görüşün hakimləri də müəyyənləşib. Matça fransalı referilər təyin olunub. Benua Bastien baş hakim, Hişam Zakrani, Aurelien Bertomyeu köməkçi hakimlər, Jeremi Piqnar ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, cavab oyunu avqustun 26-na planlaşdırılıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı