“İnter”in tarixində 3-cü dəfə
18.12.2021 - 11:43
“İnter” A seriyasındakı ardıcıl quru hesablı qələbələrin sayını 5-ə çatdırıb.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi XVIII turda “Salernitana”nın qapısından 5 cavabsız top keçirib.
Səfər qələbəsinə qədər “İnter” “Kalyari”ni 4:0, “Roma”nı 3:0, “Spesiya” və “Venetsiya”nı 2:0 hesabı ilə məğlub edib. Bu, klub tarixində 3-cü belə seriyadır.
“İnter” 1989-cu və 1996-cı illərdə də ardıcıl 5 quru hesablı qələbəyə imza atıb. Bu görüşdən sonra xal hesabını 43-ə çatdıran milanlılar İtaliya A seriyasının lideridir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0