“Liverpul” “Real”a rəqib oldu
26.04.2022 - 17:24
“Monako”nun yarımmüdafiəçisi Orelyen Tçuameni daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, indi də “Liverpul” Fransa millisinin üzvünü heyətinə cəlb etmək niyyətindədir.
“Qırmızılar” 22 yaşlı yarımmüdafiəçi uğrunda “Real”la mübarizə aparmağa hazırdır. Madridlilər bu keçiddə favorit sayılır. Ancaq “Liverpul” mümkün transferi müzakirə etmək üçün oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Orelyen Tçuameni 2020-ci ildən “Monako”da çıxış edir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0