“Mançester Siti”dən 12 milyon avro – 17 yaşlı hücumçu üçün
23.04.2021 - 09:42
İngiltərənin “Mançester Siti” klubu heyətinə yeni futbolçu qatacaq.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Braziliya “Fluminense”sinin hücumçusu Kayka ilə müqavilə imzalayacaq.
17 yaşlı forvardın keçidi ilə bağlı iki klub arasında razılıq əldə olunub. Mançesterlilər onun üçün 12 milyon avro ödəyəcək.
Hücumçu ilə 5 illik anlaşma imzalanacaq. Müqavilə futbolçunun 18 yaşlı olacağı 2022-ci ildən qüvvəyə minəcək.
Qeyd edək ki, Kayka cari mövsümün 9 oyununda 2 qol vurub.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0