“Mançester Yunayted” Diopdan əl çəkmir
26.04.2022 - 16:37
“Mançester Yunayted”in transfer siyahısında yer alan daha bir futbolçu bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu İsse Diopu heyətinə qatmağa çalışır.
“Vest Hem”in 25 yaşlı müdafiəçisi 3 il əvvəl də mançesterlilərin hədəfində olub. Lakin həmin vaxt Harri Maquayrın transferinə üstünlük verilib.
“Mançester Yunayted” Diopa yeganə müştəri deyil. “Lion”la “Monako” da fransalı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.
Qeyd edək ki, Diopun “Vest Hem”lə anlaşması 2023-cü ilin yayında başa çatacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0