“Milan” Kyeri itirdi
02.12.2021 - 16:43
“Milan” müdafiəçisi Saymon Kyerin xidmətindən məhrum alıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb Danimarka millisinin üzvünün zədələnməsidir.
A seriyasının XV turunda “Cenoa” (3:0) ilə matçın 4-cü dəqiqəsində dizindən aldığı xəsarət nəticəsində əvəzlənən 32 yaşlı mərkəz müdafiəçisi qarşıdakı oyunlarda komandadan ayrı qalacaq. İlkin müayinə diz bağının zədələdiyini göstərib.
Danimarkalı daha bir dəfə tibbi müayinədən keçəcək və yekun qərar həmin vaxt veriləcək. Çox güman ki, futbolçu uzun müddətə sıradan çıxıb.
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
0
0