“Milan”dan gedir
22.12.2021 - 00:31
“Milan”ın futbolçusu Samuel Kastilyexonun komandasını dəyişəcəyi gözlənilir.
Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu “Cenoa”nın maraq dairəsindədir.
Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli də ona komandasında ehtiyac duymur. Mütəxəssis yarımmüdafiəçinin getməsinə razılıq da verib.
“Cenoa”nın Kastilyexonu sonradan 8 milyon avroya almaq şərtilə mövsümün sonunadək icarəyə götürəcəyi gözlənilir. İspaniyalıya vətənindən də bir neçə klub maraq göstərir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0