“Milan”dan yeni təklif – müdafiəçisinə
24.09.2021 - 16:39
İtaliyanın “Milan” klubu futbolçusu Teo Ernandesə yeni müqavilə təklif edib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi 23 yaşlı müdafiəçinin uzun müddət komandada qalmasını istəyir.
Fransalının indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Onun İngiltərə klublarının maraq dairəsində olması “Milan”ın yeni anlaşma təklif etməsi ilə nəticələnib.
Yeni müqavilədə şərtlər fərqli olacaq. Klub rəhbərliyi Teoya daha cəlbedici şərtlər təklif edib.
0
0