“Neftçi”dən ayrılacağı tarix müəyyənləşdi - Namik Ələskərovun
09.08.2021 - 09:00
“Neftçi”nin futbolçusu Namik Ələskərovun Türkiyəyə yollanacağı tarix müəyyənləşib.
Apasport.az saytının qardaş ölkə mətbuatına istinadən məlumatına görə, Azərbaycan millisinin üzvü bu gün Bursaya gedəcək.
26 yaşlı qolçunun “Bursaspor” rəhbərliyi ilə son dəfə masa arxasına əyləşməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. TFF I liqa klubunun vitse-prezidenti Emin Adanur transferin 99 faiz həll olunduğunu bildirib. Klublar arasında danışıqların da tezliklə yekunlaşacağı vurğulanıb.
Qeyd edək ki, Namik Ələskərovun “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0