“Neftçi”dən qeyri-peşəkarlıq – AFFA bağışlamadı
18.08.2021 - 12:55
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın I turunda baş verənlər müzakirə olunub və 2021/22 mövsümünün ilk cəzaları verilib.
“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı “Qəbələ” ilə oyuna sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxıb. Qeyri-peşəkarlığa yol verən Bakı klubu 800 manat cərimə olunub.
“Səbail”lə ev matçında “Sabah”ın üzvü Mikels Coy Lens qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. O, klubunu 200 manat ziyana salıb.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0