“Neftçi”nin yeni idman direktoru Zaur Əzizova ödəyəcəyi aylıq məbləğ məlum olub.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir, 13 il “Qəbələ”yə xidmət etmiş tanınmış funksioner paytaxt klubunda 10 min manat maaş alacaq.
Müqayisə üçün deyək ki, 2018-2020-ci illərdə bu vəzifəni tutmuş Ceyhun Sultanovun əməkhaqqısı əvvəlcə 3000 manat təşkil edib, sonradan 5000 manata qaldırılıb.
Bakılılar Z.Əzizova böyük iş tapşırıb. O, demək olar klubda bütün sahələrə cavabdehlik daşıyacaq.
Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun təqdimatı əsasında görəvə gətirilən idarəçi idman nəticələrinə məsuliyyəti öz üzərinə götürüb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA