Uğursuz mövsüm keçirən “Qalatasaray” qış fasiləsində heyətini gücləndirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu, xüsusən də, yarımmüdafiə xəttindəki boşluğu doldurmağa çalışır.
Qustavo Assunçaonun çıxışından məmnun qalmayan baş məşqçi Fatih Terim rəhbərlikdən yeni orta sahə oyunçusu tələb edib. Çalışdırıcı “Lester”in seneqallı futbolçusu Nampali Mendini sərəncamında görmək istəyir.
Premyer Liqa klubunda əsas heyət üzü görməyən 29 yaşlı oyunçu ilə danışıqlara start verilib. Seneqal millisinin üzvünün meneceri də danışıqların davam etdiyini təsdiqləyib.
Qeyd edək ki, Nampali Mendinin “Lester”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA