“Qalatasaray”ın bu gün müqaviləsini ləğv etdiyi Yunes Belhanda FİFA-ya şikayət etməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, mərakeşli yarımmüdafiəçi onun icazəsi olmadan sözləşməsinə xitam verilməsini doğru addım hesab etmir.
Bu səbəbdən futbolçu tezliklə FİFA-ya şikayət məktubu ünvanlamağı planlaşdırır. Onun vəkilləri bununla bağlı sənədləri hazırlamağa başlayıb. 31 yaşlı pleymeyker ali futbol qurumundan məsələyə baxılmasını və qarşı tərəfin təzminat ödəməsini tələb etmək fikrindədir.
Qeyd edək ki, Yunes Belhandanın “Qalatasaray”la müqavilə müddəti mövsümün sonuna qədər idi.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə