“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, niderlandlı yarımmüdafiəçi “Keşlə”nin maraq dairəsindədir.
Bu ilin əvvəlində ölkəsində “Fortuna” klubu ilə 6 aylıq müqavilə bağlayan 34 yaşlı hücumameyilli oyunçunu Bakı təmsilçisi mövsümün sonunda heyətinə cəlb etmək niyyətindədir. Corc özü bir müddət əvvəl açıqlamasında Azərbaycandan təklif aldığını etiraf etsə də, onunla maraqlanan klubun adını bildirməmişdi.
“Keşlə” Leroyu maliyyə məsələsində razı sala bilsə, futbolçunun ölkəmizə dönüşü rəsmiləşəcək.
Qeyd edək ki, Leroy Corc 2013-2015-ci illərdə “Qarabağ”ın formasını geyinib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə