İspaniyanın “Barselona” klubunun futbolçusu Antuan Qrizmann növbəti dəfə tənqid hədəfinə çevrilib.
Apasport.az saytının məlumatına görə, Bolqarıstan millisinin əfsanəsi Xristo Stoiçkov vaxtilə şərəfini qoruduğu La Liqa təmsilçisinin forvardını sərt tənqid edib.
Futbol veteranı fransalının komandaya xeyirdən çox zərər verdiyini bildirib: “Hər dəfə Qrizmann meydana çıxanda “Barselona” azlıqda, 10 nəfərlə qalır. Əgər onlar gələcək üçün yaxşı nə isə etmək istəyirsə, Antuanı satmalıdır. Trinkan və Braytveyt komandada olmalıdır. Bəs Qrizmann burada nə edir?”.
Qeyd edək ki, “Barselona”nın yay transfer pəncərəsində Antuanla yollarını ayıracağı gözlənilir.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə