“Real” “Barselona”ya rəqib oldu
20.04.2022 - 15:10
“Çelsi”nin müdafiəçisi Antonio Rudiger daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü indi də “Real”ın transfer gündəmindədir.
“Kral klubu” adı “Barselona” ilə hallanan 29 yaşlı mərkəz müdafiəçisi uğrunda mübarizəyə qoşulub. Ancaq madridlilər Rudigerin maliyyə tələblərini azaldacağı təqdirdə, onun meneceri ilə danışıq aparmağa hazırdır. Futbolçu özü də karyerasını İspaniyada davam etdirmək arzusundadır.
Qeyd edək ki, Antonio Rudiger “Çelsi”yə 2017-ci ildə “Roma”dan keçib. O, bu mövsüm Premyer Liqada 28 oyunda 3 qol vurub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0