“Real”da koronavirusa yoluxan futbolçuların son durumu açıqlanıb.
Apasport.az saytının məlumatına görə, artıq 6 oyunçunun Covid-19 testi neqativ çıxıb.
Qapıçı Andrey Lunin, müdafiəçilər David Alaba, Marselo, yarımmüdafiəçilər İsko, Luka Modriç və hücumçu Qaret Beyl sağalıb. Onların məşqlərə qatılmasında heç bir maneə qalmayıb. Həmçinin baş məşqçisi Karlo Ançelottinin oğlu və birinci köməkçisi Davide Ançelottinin də testi pozitiv nəticələnib.
Hazırda yalnız yarımmüdafiəçi Marko Asensio koronavirusdan əziyyət çəkir ki, onun da tezliklə sağalması gözlənilir. “Kral klubu” tətildən sonra dekabrın 29-da məşqləri bərpa etməyi planlaşdırır.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA