“Səbail” və “Qəbələ”ni cəzalandırdı – AFFA
23.09.2021 - 15:41
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.
Komitə üzvləri müvafiq qərarlar çıxarlıb.
Cəzalar yalnız “Qəbələ” – “Səbail” oyununa şamil edilib. Görüş gec başlandığı üçün meydan sahibi 3200 manat cərimələnib. 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” də 800 manat cərimə ödəyəcək.
Bundan başqa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in futbolçusu Ədilxan Qarəhmədov 1 oyun cəzalanıb, klub daha 200 manat cərimə edilib.
0
0