“Sumqayıt” maaş büdcəsini azaltmaq qərarına gəlib.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, qeyri-sabit mövsüm keçirən klub artıq xərclərdən yaxa qurtarmağın yolunu yüksəködənişli futbolçulardan imtina etməkdə görür.
Axı bununla həm də müəyyən gəlir əldə etmək mümkündür.
Höccət Haqverdini satmaq üçün “Neftçi” ilə danışıqlar aparan “kimyaçılar” indi Rəhim Sadıxova müştəri axtarırlar. Sumqayıtın eyniadlı təmsilçisi sözügedən yarımmüdafiəçini “Sabah”a təklif edib. Canni De Byazi tərəfindən milliyə də cəlb olunan orta sahə oyunçusuna görə istənilən məbləğ də məlumdur – 200 min manat.
Qeyd edək ki, “Sumqayıt” yayda Xəyal Nəcəfovu 180 min manata “Neftçi”yə satıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA