“Səviyyə yüksək, fərq kiçikdir” – “Omoniya” rəsmisi “Qarabağ” haqda
27.09.2021 - 13:00
“Hesablama aparmaqla məşğul olmayacağıq. Meydana mübarizə aparmaq üçün çıxacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Omoniya” rəsmisi Andreas Dimitriu Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi açıqlamasında deyib.
O bildirib ki, komandalar arasında elə də böyük fərq yoxdur və qələbə barədə düşünürlər: “Səviyyə yüksək, fərq kiçikdir. Oyunun taleyini xırda detallar həll edəcək. Doğma azarkeşlərimizin gözü önündə qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, “Omoniya” – “Qarabağ” oyunu sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda keçiriləcək.
0
0