"Matça yaxşı köklənmişdik. Çətin oyun olacağını bilirdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Patrik Andrade deyib.
28 yaşlı kabo-verdeli yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XIX turunun “Zirə” ilə səfər matçı barədə fikirlərini Ağdam klubunun mətbuat xidmətinə açıqlayıb: “Həftə ərzində özümüzü motivasiya etmişdik. Qələbə qazandığımız üçün çox sevinirəm. Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. "Zirə" ilə oyun keçmişdə qaldı, indi "Sabah"la matçı düşünürük".
Qeyd edək ki, “Qarabağ” “Zirə”ni ilk yarıda vurulan 2 qolla məğlubiyyətə uğradıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”