Baş məşqçi Andrea Pirlonu vəzifəsindən azad etməyi planlaşdıran “Yuventus” bu posta namizədləri müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 3 mütəxəssisin namizədliyini nəzərdən keçirir.
İtaliya çempionunun baş məşqçisi olmağa favorit Massimiliano Alleqridir. Lakin “ağ-qaralar” Zinəddin Zidanı da bu posta gətirməyi planlaşdırır.
Fransalının “Real”ı “Yuventus”a dəyişmək ehtimalı 30 faizlə dəyərləndirilir. Bu, daha çox klubun inkişaf planından, həmçinin Kriştiano Ronaldonun komandada qalmasından asılıdır. Bu vəzifəyə daha bir namizəd isə “Napoli”nin çalışdırıcısı Cennaro Qattuzodur.
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
- “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu