Azad Rəhimov: “Yığmamız zəifdir deyə, bütün günü matəm saxlamaq düzgün deyil”
14.04.2008 - 19:40
Azad Rəhimov: “Yığmamız zəifdir deyə, bütün günü matəm saxlamaq düzgün deyil”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Braziliyalı Karlos Alberto Torresə qədər Azərbaycana Nobel qardaşları gəlib və onlar burada neft tapıblar. Biz Berti Fotqsu bura gətirməklə, heç kimə xəyanət etmirik. Sadəcə, Azərbaycan futbolunun yeni inkişaf mərhələsinə qədəm qoymasına çalışırıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, futbolumuz Berti Foqtsun gəlişi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Neçə vaxtdır Azərbaycanda Almaniya futbol məktəbini qurmaq istəyirdik və səviyyəli məşqçi cəlb etməklə, bu yöndə ilk addımlarımızı atmışıq. Foqtsa qədər aşağı yaş qruplarından ibarət yığmalarımızı çalışdıran həmyerlisi Bernard Lippert işə başlayıb. Yığmamız zəifdir deyə, reytinqdə geridəyik deyə ağlamaq, bütün günü matəm saxlamaq düzgün deyil”.
0