Qurban Qurbanov: “Məşqçi kimi iddiam artıb və nəticə qazanmaq istəyirəm”
05.08.2008 - 16:05
Q.Qurbanov mövsümün startına 4-5 gün qalmış komandanın sükanı arxasına keçməyin onun işindən çəkindirmədiyini söyləyib: “Komandada kiçik çatışmazlıqlar var və bunları tədricən yoluna qoyacağıq. Avqustun 30-a qədər vaxtımız var və yeni transferlər reallaşdıra bilərik”. Futbolun bir dili olduğunu deyən Q.Qurbanov oyunçularla asanlıqla anlaşa biləcəyinə inanır. O, məşqçilikdə debüt etdiyi “Neftçi” ilə müqayisədə “Qarabağ”da daha yaxşı nəticə qazanmaq iddiasındadır: “Məşqçi kimi iddiam artıb və yeni klubumda nəticə qazanmaq istəyirəm. Düzdür, yeni mövsümdə həm çempionluq, həm də kuboku mütləq qazanacağımızı desək, bu, zəif cəhətim olar. Hər halda, futbolda prinsiplərim belədir ki, həmişə lider olmağa çalışmışam. “Qarabağ”ın mükafatçılar sırasına düşməsi üçün çox çalışıb, bütün bacarığımı ortaya qoyacağam”.
0
0