Qurbanov 50-yə çatdı
07.11.2008 - 16:31
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Neftçi” ilə oyun “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov üçün yubiley əhəmiyyəti daşıyır. “APA-Sport”un məlumatına görə, Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək qarşılaşma 36 yaşlı mütəxəssisin baş məşqçi karyerasında 50-ci oyun olacaq. İlk dəfə “Neftçi”də bu postu tutan Qurbanov bakılıları 38 oyuna çıxardıqdan sonra istefaya göndərilmişdi.
2006/07 mövsümünün 24 çempionat və 8 kubok matçında flaqmanın “sükan”ı arxasında olan mütəxəssis 2007/08 mövsümünü erkən bitirib. Paytaxt təmsilçisini UEFA kubokunda 2, Premyer Liqada 4 qarşılaşmaya çıxaran Qurbanov 3 ay əvvəl “Qarabağ”la anlaşıb. Bu komanda 9 çempionat və 2 kubok görüşünə Qurbanovun rəhbərliyi altında çıxıb. Yubiley - 50-ci oyunu ərəfəsində mütəxəssisin hesabında 31 qələbə, 8 heç-heçə və 10 məğlubiyyət var.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0