“Onları Allaha tapşırıram”
10.11.2008 - 16:10
Bakı. Kənan Həsənov - APA-Sport. “Çox dəyişik və özəl hisslər keçirdim. Eyni zamanda qələbə qazandığımız üçün xoşbəxtəm. Çünki burada daim dəstək gördüm“. “APA-Sport“un məlumatına görə, bu sözləri “Fənərbaxça“ klubunun yarımmüdafiəçisi Əmrə Bələzoğlu söyləyib.
Keçmiş komandası “Qalatasaray“a qarşı görüşün ikinci hissəsində meydana çıxan 28 yaşlı futbolçu xroniki zədəsi olması ilə bağlı iddiaları yalanlayıb: “Kim nə deyir desin. Nəyisə sübut etməyimə ehtiyac görmürəm. Sadəcə, bu sözləri deyənləri Allaha əmanət edirəm. Bir an öncə tam formaya düşüb, “Fənərbaxça“ya daha da faydalı olmaq istəyirəm“.
Qeyd edək ki, futbolçu karyerası ərzində ən böyük uğurları “Qalatasaray“ın heyətində çıxış edərkən qazanan Bələzoğlu, “Fənərbaxça“ya mösümlərarası fasilə dönəmində İngiltərnin “Nyukasl“ klubundan transfer olunub.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0