“Xəzər-Lənkəran” supertransfer etməyə hazırlaşır
11.11.2008 - 19:17
Bakı – APA-Sport. Azərbaycan Premyer Liqasında çıxış edən 3 klub heyətini supertransferlərlə gücləndirəcək. Bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, Bakının “Neftçi” və “İnter”, eləcə də Lənkəranın “Xəzər-Lənkəran” klubları hazırda dünya miqyasında kifayət qədər populyar futbolçularla danışıqlar aparırlar: “Məndə olan məlumata görə, bu klublar tezliklə ölkəmizə gözəl oyunçular gətirmək niyyətindədirlər. Hazırda onlar kifayət qədər tanınmış futbolçularla danışıqlar aparırlar”.
Qeyd edək ki, vaxtilə “Qou Ehed”, “Herenven” (hər ikisi Hollandiya), “Blekbern” (İngiltərə), “Qaziantepspor”, “Sivasspor” (hər ikisi Türkiyə) kimi klublarda, hətta Hollandiya yığmasının heyətində bir oyunda çıxış etmiş türk əsilli pleymeker Uğur Yıldırım hazırda “Neftçi”də baxışdadır.
Mənbə: lent.az

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0