Quiza gecə klubunda sərxoş yaxalandı
12.11.2008 - 13:50
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Daniel Quiza mədəni istirahətindən qalmır. “APA-Sport”un məlumatına görə, ispan legioner ötən gün gecə klubundan çıxarkən yaxalanıb.
İki rəfiqəsi ilə birgə səhərədək əylənən Quiza jurnalistlərlə qarşılaşıb. Bundan hirslənən 28 yaşlı futbolçu şəklini çəkmək istəyən fotoqrafların üzərinə cumub. İçkinin təsirindən ayaq üstə durmaqda çətinlik çəkən Quiza media işçilərini hədələdikdən sonra digər gecə klubuna yollanıb.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0