Xodukin: “Bizdə Mahmud Qurbanovdan da güclü futbolçular var”
14.11.2008 - 18:12
Ukraynalı çalışdırıcı “APA-Sport” açıqlamasında bildirib ki, 15 aydır xidmətindən yararlandığı futbolçunun Albaniya ilə yoldaşlıq görüşünə çağırılmamasının başqa səbəbləri var: “Onun milli komandaya dəvət edilməməsini “İnter”də oyun praktikası sarıdan korluq çəkməsi ilə bağlamazdım. Demirəm ki, futbol oynaya bilmir. Futbolçu üçün təcrübə vacib amildir ki, bu da Qurbanovda var. Amma bu gün ehtiyatda qalırsa, deməli, hazırkı forması istənilən səviyyədə deyil. Bizdə Mahmuddan da güclü futbolçular var və son turda “Xəzər-Lənkəran”ı səfərdə onsuz məğlub etdik. Qurbanovun mətbuatda komandada rəqabətdə heç kimə uduzmadığını deməsini eşitmişəm. Mən də çox şey deyə bilərəm. Amma reallıq başqa cürdür”.
Qeyd edək ki, Mahmud çempionluq qazandığı “İnter”də cari mövsümdə 4 oyun (168 dəqiqə) keçirib.
Qeyd edək ki, Mahmud çempionluq qazandığı “İnter”də cari mövsümdə 4 oyun (168 dəqiqə) keçirib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0