“Simurq” zirvəyə qalxdı
18.11.2008 - 17:09
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasında ardıcıl ikinci tur lider dəyişikliyinə səbəb olub. “APA-Sport”un məlumatına görə, son Azərbaycan çempionu “İnter” birinci pillədəki yerini itirib. Buna komandanın öz meydanında “Qarabağ”la görüşdə xal itirməsi səbəb olub. Bundan maksimim yararlanan “Simurq” isə üç aylıq fasilədən sonra yenidən zirvəyə yüksəlib.
“Karvan”la “Xəzər-Lənkəran” səfərdə eyni hesabla qələbə qazanaraq “İnter”ə çatsa da, bakılıları qabaqlaya bilməyib. Çünki xalları bərabər olan bu komandaların öz aralarında oyunların nəticəsinə əsasən “İnter” üstündür. Tarixində ən zəif mövsümünü keçirən “Neftçi” növbəti zərbəni “Karvan”dan alıb. Bununla da, Yevlax klubunun baş məşqçisi Yunis Hüseynov uzun illər çıxış etdiyi “Neftçi”ni yenə bilib. İlk dövrədə artıq 5-ci məğlubiyyəti alan flaqman milli çempionatlar tarixində heç vaxt belə pis göstəriciyə malik olmayıb.
Qeyd edək ki, MOİK-in “Bakılı” ilə bərabərliyə qalmasından sonra cari mövsümdə heç-heçə etməyən komanda qalmadı.
15 noyabr
“Qəbələ” – “Xəzər-Lənkəran” – 0:1
Rəşad Abdullayev, 48
“Turan” – “Standard” – 0:2
Karlos Velton, 31-pen, 41
“İnter” – “Qarabağ” – 1:1
Avqusto Andaveris, 14 – Vaqif Cavadov, 24
“Neftçi” – “Karvan” – 0:1
Anatoli Doroş, 55
16 noyabr
“Muğan” – “Olimpik” – 0:1
Junivan Suares, 78
MOİK – “Bakılı” – 1:1
Tural Səfərzadə, 45+1 – Aleksandr Şemonayev, 87 - öz qapısına
“Simurq” – “Bakı” – 2:1
Sergey Sokolov, 10, Sergey Artyuk, 45 – Georgi Demetradze, 90+3
Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 9, Amiran Muciri (“Bakı”) – 7
Qeyd edək ki, növbəti turun oyunları noyabrın 22-də 23-də keçiriləcək: “Karvan” – “İnter”, “Olimpik” – MOİK, “Bakı” – “Turan”, “Xəzər-Lənkəran” – “Qarabağ”, “Bakılı” – “Neftçi, “Standard” – “Muğan”, “Qəbələ” – “Simurq”

| komandalar | O | Q | H | M | T | X |
1 | Simurq | 11 | 8 | 2 | 1 | 16-6 | 26 |
2 | İnter | 11 | 7 | 4 | 0 | 22-7 | 25 |
3 | Karvan | 11 | 8 | 1 | 2 | 16-6 | 25 |
4 | Xəzər-Lənkəran | 11 | 8 | 1 | 2 | 21-7 | 25 |
5 | Bakı | 11 | 7 | 2 | 2 | 20-6 | 23 |
6 | Olimpik | 11 | 5 | 4 | 2 | 12-8 | 19 |
7 | Qarabağ | 11 | 5 | 3 | 3 | 13-12 | 18 |
8 | Standard | 11 | 4 | 2 | 5 | 9-12 | 14 |
9 | Neftçi | 11 | 2 | 4 | 5 | 8-9 | 10 |
10 | Qəbələ | 11 | 3 | 1 | 7 | 13-14 | 10 |
11 | Bakılı | 11 | 1 | 3 | 7 | 9-26 | 6 |
12 | Muğan | 10 | 1 | 1 | 8 | 8-18 | 4 |
13 | MOİK | 10 | 1 | 1 | 8 | 3-20 | 4 |
14 | Turan | 11 | 0 | 3 | 8 | 3-22 | 3 |

0
0