Albaniya yığması Bakıda üç stadiona çıxacaq
17.11.2008 - 13:30
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanla yoldaşlıq oyunu keçirəcək Albaniya yığması Bakının üç stadionunda məşq edəcək. “APA-Sport”un AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, noyabrın 19-da millimizlə qarşılaşacaq qonaqlar ölkəmizdə ayrı-ayrı stadionlarda üç məşq keçirəcək. Artıq Bakıda olan rəqibimiz bu gün saat 20:00-da “Şəfa” stadionunda ilk hazırlığına çıxacaq. Hollandiyalı baş məşqçi Ari Haan yetirmələrini sabahkı iki məşqdə də yoxlayacaq. Qonaqlar saat 15:30-da Zabrat qəsəbə stadionunda, 20:00-da isə Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.
Qeyd edək ki, noyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Albaniya görüşü saat 20:00-da başlanacaq.
Qeyd edək ki, noyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Albaniya görüşü saat 20:00-da başlanacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0