Arda Turan ölümdən döndü
17.11.2008 - 13:31
Arda Turan ölümdən döndü
Bakı. Kənan Həsənov - APA-Sport. Noyabrın 19-da səfərdə Avstriya ilə yoxlama oyunu keçirəcək Türkiyə yığması ciddi itkilərlə üzləşib. “APA-Sport”un məlumatına görə, komandanın baş məşqçisi Fatih Terim məcburiyyətdən Arda Turanla Semih Şəntürkü heyətdən kənarlaşdırıb.

Hər iki futbolçu Superliqanın XI turu çərçivəsində sıradan çıxıb. “Qalatasaray”ın formasını geyən Turan “İstanbul Böyükşəhər Bələdiyəssi” ilə görüşü baş çatdıra bilməyib. Ürəyində problem yaranan 21 yaşlı futbolçu dərhal xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra gənc yarımmüdafiəçinin hədsiz yüklənmə nəticəsində halsızlaşdığı müəyyənləşdirilib. Səhhətində ciddi problem olmayan Turanın bu gün evə buraxılacağı deyilir. “Fənərbaxça”nın hücumçusu Semih Şəntürk isə “Anakaraspor” klubu ilə görüşdə diz zədəsini təzələyib.

Terim bu itkiləri, heyətə yeni futbolçular cəlb etməklə sığortalamağı planlaşdırıb.
0