Həmyerlimiz Rusiyada mövsümün üçüncü ən yaxşı futbolçusu seçilib
17.11.2008 - 15:52
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının sabiq futbolçusu Emin Ağayev çıxış etdiyi “Volqa” komandasının ən yaxşı oyunçularından biri seçilib. “APA-Sport”un məlumatına görə, Rusiyanın ikinci divizionunda mübarizə aparan klubun 2008-ci il üçün ən yaxşılarını səs vermə ilə müəyyənləşdirən tverlilər 35 yaşlı müdafiəçini üçüncü yerə layiq biliblər. Səsvermənin nəticələrinə əsasən yalnız “Volqa”nın qapıçısı Əhməd Xaybullayev və komandanın bombardiri İvan Stolbovoy Ağayevi qabaqlayıb.
Qeyd edək ki, “Volqa” bu mövsüm Rusiyanın ikinci divizionunun Qərb zonasında 5-ci yeri tutub.
Qeyd edək ki, “Volqa” bu mövsüm Rusiyanın ikinci divizionunun Qərb zonasında 5-ci yeri tutub.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0