“Bakı” Georgi Xristovu qovur
17.11.2008 - 19:25
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu makedoniyalı hücumçu Georgi Xristovla vidalaşır. Bu haqda “APA-Sport”a açıqlama verən komandanın vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, 32 yaşlı futbolçu ilə qış fasiləsində yollarını ayıracaqlar: “Onu böyük ümidlərlə transfer etsək də, gözlədiyimiz oyunu göstərmir. Belə olan halda, yəqin ki, onunla vidalaşacağıq. Xristov İngiltərə və Hollandiyada çıxış etmiş futbolçudur. Elə fikirləşdi ki, Azərbaycanda tək ayaqla oynayacaq. Ancaq reallıq başqa şeyi göstərdi. Xristovun adaşı olan Demetradze ondan sonra gəlsə də, özünü daha yaxşı göstərir. Halbuki, gürcü makedoniyalı həmkarından fərqli, heç mövsümlərarası fasilədə “Bakı” ilə hazırlıq keçməyib”.
Vitse-prezident Makedoniya yığmasının sabiq hücumçusunun başqa kluba keçidinə imkan yaradacaqlarına söyləyib: “Xristovla müqaviləmiz olsa da, gedişinə əngəl törətməyəcəyik. Onun transferinə elə də böyük pul xərcləməmişik. Ümumiyyətlə, komandamızda yüksək ödənişli, bahalı futbolçu yoxdur. Qış fasiləsində heyətimizdə böyük dəyişikliklər etməyəcəyik”.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0