“İnter”, “Muğan”, “Turan” və “Bakılı”...
18.11.2008 - 12:45
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Cari mövsümün 11 oyununda məğlub olmayan Bakı “İnter”i bu göstəricidə dünyanın ən yaxşı 30 klubu arasında yer alıb. “APA-Sport”un hesablamalarına görə, paytaxt təmsilçisi dünyanın 126 liqasında çıxış edən 1904 komanda arasında 23-28-ci nəticəyə malikdir. Ən uzun məğlubiyyətsiz seriya isə Estoniya “Flora”sına məxsusdur – 31 oyun.
Premyer Liqada qələbə qazanmayan “Turan” da seçilənlər sırasındadır. Ardıcıl 11 turdur qalib gəlməyən tovuzlular dünyada 22-28-ci yerləri bölür. Paraqvayın “Silvio Pettirossi” komandası 31 qarşılaşmada qələbə qazanmamaqla, bu göstəricidə liderdir.
Son 5 görüşdə xal qazana bilməyən “Muğan”in nəticəsi isə yalnız 14 komanda ilə müqayisədə yaxşıdır. Dünyada 15-27-ci uğursuz seriyaya malik salyanlıların yer aldığı siyahıya Rusiyanın “Zvezda” klubu başçılıq edir – 12 qələbəsiz oyun.
Premyer Liqanın autsayderlər qrupunda yer alan “Bakılı” isə müdafiə xəttinin bərbad olması ilə fərqlənir. Keçirdiyi 11 matçda 26 top buraxan paytaxt təmsilçisi orta hesabla hər görüşdə 2,36 qol görüb. Bu göstəricidə dünyanın ən pis 30-cu komandası olan “Bakılı” birinci olan “Reyncers” (Andorra) ilə müqayisədə daha etibarlılığı ilə öyunə bilər. Andorralılar hər qarşılaşmada 3,71 top buraxıb.
Dünyanın ən az qol vuran komandası isə İsrailin “Hapoel” (İroni) komandasıdır. Hər oyuna orta hesabla 0,22 qol vuran israillilərin ən yaxın izləyiciləri isə “Turan” və İspaniya “Osasuna”dır. İkinci olan bu komandaların hər biri 11 matça cəmi 3 qol vurub – hər oyuna 0,27. Ən aşağı məhsuldarlıq nümayiş etdirən klubların siyahısında beşinci olan MOİK isə 10 qarşılaşmada 3 top vurub.

0
0