Hiddink: Azərbaycanla görüş “Lujniki”də oynanılsın!
18.11.2008 - 14:26
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünya çempionatının seçmə mərhələsinin Rusiya – Azərbaycan oyununun harada keçirilməsinə hələ də aydınlıq gəlməyib. “APA-Sport”un məlumatına görə, Rusiya Futbol İttifaqı (RFS) həmin görüşün bölgədə keçirilməsinin tərəfdarı olsa da, məşqçilər korpusu başqa fikirdədir.
Rusiyalılar millimizi Vladiqafqaz, Krasnodar və ya başqa şəhərdə qəbul etməklə bağlı götür qoy etməkdədir. Hollandiyalı baş məşqçi Qus Hiddinkin rəhbərlik etdiyi məşqçilər korpusu bunu məqbul saymır. Onların fikrincə, martın 28-də keçirilməli olan qarşılaşma elə paytaxtda baş tutmalıdır: “İlin bu vaxtında oynamaq üçün ən uyğun meydan “Lujniki”dədir”.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0