Yığmamız Dağıstan turnirinə qələbə ilə başladı
19.11.2008 - 10:43
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Dağıstanda keçirilən beynəlxalq turnirdə ilk oyununu keçirib. “APA-Sport”un məlumatına görə, təmsilçimiz Rusiyanın Mahaçqala şəhərində Şahruttin Şamxalovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qələbə ilə başlayıb. 1990-92-ci il təvəllüdlülərdən ibarət olan 8 komandanın mübarizə apardığı turnirdə yığmamız Mahaçqalanın 2 nömrəli RİOEUGİM-nin “Kirqu” komandasını minimal hesabla məğlub edib – 2:1
Qeyd edək ki, iki yaş qrupunda (1990-92 və 1994-cü il təvəllüdlülər) paralel təşkil olunan yarış dairəvi sistem üzrə keçirilir.
Qeyd edək ki, iki yaş qrupunda (1990-92 və 1994-cü il təvəllüdlülər) paralel təşkil olunan yarış dairəvi sistem üzrə keçirilir.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0