Droqba Türkiyəyə gəlir
19.11.2008 - 10:13
Bakı – APA-Sport. Türkiyə yığması 2009-cu il fevralın 18-də Kot d’İvuarla yoldaşlıq görüşü keçirəcək. “APA-Sport”un məlumatına görə, dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq matç İzmir şəhərində təşkil olunacaq. Bu tarix üçün 12 potensial rəqib olsa da, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim Kot d’İvuara üstünlük verib. Seçim zamanı rəqibin heyətində “Çelsi”də oynayan məşhur futbolçu Didye Droqbanın yer alması həlledici məqamlardan biri olub.
Türkiyə milli komandasının növbəti planları da bəllidir. Terim gələn ilin yayında yetirmələrini ABŞ-a aparacaq. Avropa çempionatının bürünc mükafatçıları Nyu-York şəhərində keçiriləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. Yarışda Türkiyə ilə yanaşı, Braziliya, Argentina, Almaniya, Portuqaliya və Fransanın da iştirakı gözlənilir. Türklərin ABŞ-da qazanacaqları pulun məbləği də bilinir. Bütün xərclər çıxıldıqdan sonra komanda 250 min dollar əldə edəcək.

0
0