Əsgər Abdullayev: “Neftçi”nin adı klublar üçün vahiməlidir
28.11.2008 - 16:46
“İndiki “Neftçi” keçən illə müqayisədə zəifdir. Bunu hamı etiraf edə bilər. Amma bu komandanı asanlıqla keçəcəyimizi demək ağılsızlıq olardı”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi” ilə səfərdə görüşəcək 48 yaşlı mütəxəssis rəqibin heyətinin zəifləməsini üstünlük saymır. Qələbə qazanmaq iddiasında olan Abdullayevin fikrincə, komandasını rəqibin gəncləşən heyəti ilə çətin sınaq gözləyir: “Gənclər olan yerdə əzmkarlıq, özünü təsdiqləmək və işgüzarlıq daha çox olur. Buna görə də görüşün çox asan olacağını hesab etmirəm. Əksinə, bizi çox çətin sınaq gözləyir. Hər bir oyunçu özünü daxilən belə məsul sınağa hazırlamalıdır. Ola bilsin ki, rəqib futbolçuları həmin səviyyədə olmasın. Amma “Neftçi”nin elə adı klublar üçün vahiməlidir”.
Qeyd edək ki, “Olimpik” “Neftçi” ilə bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq. Komandanın cari mövsümdə bombardiri olan braziliyalı hücumçu Junivan Suares zədəsini müalicə etdirir. Son vaxtlar oynamayan digər hücumçu Samir Musayevin də eyni problemi var. İki arxa xətt oyunçusu da flaqmanla görüşü kənardan izləyəcək. Milli komandamızın üzvləri – nigeriyalı Usim Nduka zədə, Aqil Nəbiyev isə cəza səbəbindən meydana çıxmayacaq.

0
0