“Simurq” - “Xəzər-Lənkəran” matçının hakimi dəyişdirildi
28.11.2008 - 17:01
“Simurq” - “Xəzər-Lənkəran” matçının hakimi dəyişdirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytının məlumatına görə, Premyer Liqa komandalarının əvəzedici heyətləri arasında ölkə çempionatının qarşılaşması zamanı hakimlərin birinin səhhətində problem yaranıb.
Görüşün laynsmanı Vüqar Bayramov hələ isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən matçda iştirak etməyib. Belə ki, həkimlərin müdaxiləsi ilə problem aradan qaldırılsa da, Bayramovun oyunu idarə etməsi məqsədəuyğun sayılmayıb. Onun funksiyalarını isə bu qarşılaşmada dördüncü hakim Rəşad Əhmədov yerinə yetirib.

0
0