Raqif Abbasov: Premyer Liqanın səviyyəsi yüksəlib
28.11.2008 - 17:09
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun müsahibəsi
- Raqif müəllim, əvvəlcə rəhbərlik etdiyiniz qurumun “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun hansı işləri gördüyünü bilmək istərdik...
- Bildiyiniz kimi, futbol idmanın ən strateji sahələrindən biridir. Elə Azərbaycan Respublikasının prezidentinin futbolun inkişaf etdirilməsi üçün Dövlət Proqramı ilə bağlı sərəncam imzalaması bundan xəbər verir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq biz, proqramın həyata keçirilməsi yönündə görəcəyimiz işləri üç əsas istiqamətə yönəltmişik. Birincisi, orta məktəblərdə, Uşaq və Gənclər İdman Məktəblərində, cəmiyyətlərdə maddi-texniki bazanın möhkəmləndirilməsidir ki, bu məsələdə AFFA ilə birlikdə fəaliyyət göstəririk. İndiyə qədər 51 və 289 saylı orta məktəblərin ərazisində süni ot örtüklü meydançanın salınması, Qaradağ rayonu ərazisindəki Milli Qəhrəman Cəmil Niftəliyevin adını daşıyan məktəbin və daha 4 orta məktəbin toplarla, idman geyimləri ilə təminatını həyata keçirmişik. Digər tərəfdən, uşaq evlərinə, Uşaq və Gənclər İdman Məktəblərinə idman avadanlığının AFFA ilə birgə paylanılması işini davamlı şəkildə reallaşdırırıq. Dövlət Proqramının həyata keçirilməsi üçün müəyyənləşdirdiyimiz ikinci istiqamət uzun fasilədən sonra Bakının müxtəlif rayonlarında məhəllə futbol turnirlərinin təşkili və bu yarışlar vasitəsi ilə istedadlı uşaqların seçilməsidir. Misal üçün, ötənilki yarışda iştirak edən 40 komandada 1500-ə qədər uşaq bacarığını göstərmişdi. Bu il isə komandaların sayı 40-ı keçdi. İştirakçı uşaqların sayı da 1700-ə yaxın idi. Onu da deyim ki, 2007-ci ildə təşkil etdiyimiz turnir UEFA-nın rəsmi İnretnet saytına da xəbər şəklində salınmışdı. Ötən il keçirdiyimiz yarışda istedadı ilə seçilən iki uşağın aidiyyatı yaş qrupu üzrə yığma komandaya baxışa çağırılması bizi çox sevindirir. Builki turnir bir xüsusiyyətinə görə fərqlənirdi. Belə ki, bu dəfə yarışda paytaxtda məskunlaşan qaçqın və məcburi köçkünlərin yaratdığı komanda da iştirakçılar arasında yer almışdı. Nəticədə bu komandalardan biri – Zəngilanı təmsil edən kollektiv turnirdə üçüncü yeri tutdu. Dövlət Proqramının həyata keçirilməsi yönündə görəcəyimiz işlərin üçüncü istiqaməti Azərbaycan futbolunda sözünü demiş şəxslərin şərəfinə və xatirəsinə həsr olunmuş turnirlərinin təşkil edilməsi idi. Ölkəmizin ən tanınmış futbolçularından biri, hazırda Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun şərəfinə bu il turnir təşkil etdik. Bundan başqa, milli qəhrəmanlarımız Çingiz Mustafayevlə Cəmil Niftəliyevin xatirəsinə həsr edilmiş yarış keçirdik. Gördüyümüz işlər arasında Bakı şəhər çempionatının və kubokunun təşkil edilməsi də var.
- Yarışların keçirildiyi meydançalar standartlara nə dərəcədə cavab verir?
- Bu məsələyə çox ciddi yanaşırıq və oyunların hamısını süni örtüklü meydançalarda keçiririk. Əsas məqamlardan biri də hakimliklə bağlıdır ki, bu işdə AFFA bizə hərtərəfli köməklik edir.
- İndiyədək rəhbərlik etdiyiniz idarənin iştirakı ilə neçə meydança salınıb və gələcəkdə daha neçəsi salınacaq?
- AFFA ilə əməkdaşlığımız nəticəsində Yasamal, Əzizbəyov və Nəsimi rayonlarının hərəsində 1, Səbayel rayonunda isə 2 meydança inşa olunub. Hazırda parkların yerləşdiyi yaşayış massivlərində, eləcə də bir neçə məktəbin kəsişdiyi yerlərdə sənədləri toplama işini yekunlaşdırmaqdayıq. Çox güman ki, gələn il AFFA ilə birgə həm Nərimanov və Qaradağ rayonlarında, həm də meydançaya daha çox tələb duyulan ərazilərdə bir neçə yeni meydança istifadəyə verəcəyik. Süni ot örtüklü meydançalar təmənnasız olaraq, əhalinin istifadəsinə verilir. Amma əgər bu meydançalar hər hansı qurum və ya təşkilatın ərazisində yerləşirsə, saat hesabı bölgü əsasında kütləvi istifadəyə verilir. Həmçinin, biz məhəllə yarışlarının keçirilməsində məhz bu meydançalara üstünlük veririk. Beləliklə, futbol turnirinin həm davamlı olmasına, həm də yaxşı meydançada keçirilməsinə nail oluruq.
- Uşaqların futbola cəlb edilməsi üçün işlərinizi hansı istiqamətdə qurursunuz?
- Bizim idarə AFFA-nın təşkil etdiyi “Top festivalı”nı dəstəkləyən dövlət təşkilatlarından biridir. Nərimanov rayonu ərazisində keçirilmiş “Top festivalı”nda çox yaxından iştirak etməklə yanaşı, kütləviliyin təmin edilməsində əlimizdən gələni əsirgəmədik. Gələcəkdə isə tanınmış futbolçuların iştirakı ilə orta məktəblərin həyətyanı və qapalı zallarında ustad dərslərinin keçirilməsini planlaşdırırıq. Bu isə kütləviliyə birbaşa təsir edən vasitədir. Onu da deyim ki, bu il Moskvada təşkil olunan Beynəlxalq İdman Oyunlarında mini-futbol komandamız da iştirak etdi. Bununla yanaşı, bu il məhəllələrarası yarışlarda iştirak etmiş futbolçularımız Gürcüstandan dəvət edilən komandalarla qarşılaşdılar. İdarəmizin nəzdində olan Uşaq və Gənclər İdman Məktəbinin maddi-texniki bazasının yüksəldilməsi, onların məşq etdiklərin yerlərin icarə haqqı, top, futbol geyimləri və sair avadanlıqlarla təminatı məsələsini davam etdiririk. Bu məktəbdə yetişən uşaqların gələcəkdə müxtəlif yaş qrupları üzrə yığma komandalara cəlb edilməsində maraqlıyıq. Həyata keçirdiyimiz işlər arasında təlim-məşq toplanışlarının təşkili, eləcə də Beynəlxalq Anti-Dopinq Agentliyinin qadağan etdiyi preparatların siyahısını bizimlə əməkdaşlıq edən uşaq futbol məktəblərinə göndəririk ki, bu da futbolçuları hələ uşaq yaşlarından işlərinə daha ciddi yanaşmağa sövq edir.
- Bilirsiniz ki, ölkəmizdə qızların futbola marağı o qədər də çox deyil. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi zərif cinsin nümayəndələrinin futbola daha çox cəlb edilməsi üçün nə kimi tədbirlər həyata keçirir?
- Təbii ki, Azərbaycanda qızların idmana və onun bir qolu olan futbola cəlb edilməsində maraqlıyıq. Bunun üçün bu il martın 8-də Beynəlxalq Qadınlar Gününə həsr edilmiş turnir təşkil etdik. Yarışa 1996-97-ci il təvəllüdlü qızlar qatılmışdılar. Bundan başqa, idarəmiz müxtəlif idman cəmiyyətləri ilə birbaşa əməkdaşlıq edir. Bu mənada “Gömrükçü” və “Neftçi” İSM-in adlarını çəkə bilərəm. Hər iki cəmiyyətin qadınlardan ibarət futbol komandası var. Biz bu klublarda oynayan qızların idman dərəcələri almalarına, onların ali təhsil ocaqlarında təhsil almalarına köməklik edirik. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müvafiq kafedrası ilə bu sahədə işlərimizi davam etdiririk. Hətta fikrimiz var ki, Bakı şəhər Təhsil Baş İdarəsi və AFFA ilə birlikdə ekspert qrupu yaradaraq orta məktəbdə təhsil alan qızlar arasında seleksiya aparaq. Hesab edirəm ki, ölkədə futbolun kütləviliyi yüksələn qrafiklə davam edir və görülən işlər öz müsbət nəticəsini yaxın gələcəkdə verəcək.
- AFFA tərəfindən irəli sürülən “Futbol oynayaq, sağlam olaq” devizinə münasibətiniz necədir və onun həyata keçirilməsi istiqamətində hansı işlər görülür?
- Təbii ki, bu cür şüarlara münasibətimiz çox yaxşıdır. Biz bu cür birgə layihəni hələ martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə Səbayel rayonu ərazisindəki parkda həyata keçirmişdik. Orada tanınmış futbolçularımızın nümunəvi çıxışları oldu. Eləcə də yayda müxtəlif idman növləri ilə yanaşı, futbolçularımız da istedadlarını ortaya qoymuşdular. Bütün bunlar bugünkü şüarın başlanğıcını təşkil edirdi.
- Premyer Liqa oyunlarını izləyirsinizmi?
- Bəli, izləyirəm.
- Ötən illərlə müqayisədə, çempionatımızın səviyyəsi kənardan necə görünür?
- Bu gün Azərbaycanda futbol stadionları tikilib istifadəyə verilirsə, buraya legioner qismində gələn futbolçuların, eləcə də onların təmsil etdikləri ölkələrin sayının çox olması müşahidə edilirsə, paytaxtdan kənarda da futbolun inkişafı üçün işlər görülürsə, turnir cədvəlinin yuxarı pillələrində əyalət komandaları da qərarlaşıbsa, məşqçilik bacarığını ortaya qoymaq istəyən gənc azərbaycanlılar varsa, deməli, biz bir neçə addım irəliyə getmişik və bunun bəhrəsini mütləq görəcəyik. Futbol elə bir sahədir ki, nəticə qazanmaq üçün mütləq zamana ehtiyac var. Bəzən bu vaxt heç də qısa olmur. Həmin dövr yalnız futbolun inkişafına görə məsuliyyət daşıyan bizlərin gərgin işi sayəsində qısala bilər. Diqqət yetirmisinizsə, indi Premyer Liqada mübarizə aparan komandaların çoxunun hətta geyimlərinin dizaynında da müasirlik hiss edilir. Bundan savayı, hakimliyin səviyyəsi artır. Oyunlara baxmağa gələnlərin və tikilən stadionların sayında da artım müşahidə edilir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Premyer Liqanın səviyyəsi yüksəlib. Ən sevindirici hal odur ki, hətta əyalət klublarının da bir deyil, bir neçə fan-klubu fəaliyyət göstərir və oyunlar zamanı üzvləri ilə birlikdə stadionlara gələrək sevimli komandalarına dəstək verirlər.
- Qeyd etdiniz ki, inkişafa nail olmaq üçün müəyyən zaman keçməlidir. Sizin fikrinizcə, həmin dövr neçə ili əhatə edə bilər? Misal üçün, Azərbaycan futbolu nə qədər müddətdən sonra Türkiyə və Rusiya futbolu ilə ayaqlaşa biləcək?
- Azərbaycanın özünün inkişaf modeli var. Bizim seçdiyimiz model bu gün 17 və 19 yaşadək futbolçulardan ibarət yığma komandaların tərkibində oynayan gənclərin gələcəyinə hesablanıb. Fikir verin, artıq “Real”, “Ayntraxt” və “Milan” kimi klublarda azərbaycanlı yeniyetmə futbolçular baxışdan keçməyə başlayırlar. Bütün bunlar gələcəyə nikbin baxmağımıza əsaslı səbəbdir və ümid edirəm ki, indi 17-19 yaşı olan oyunçuların hesabına yaxın 4-5 ildən sonra ölkə futbolumuzun səviyyəsi bir xeyli yüksələcək.
Mənbə: affa.az

0
0