Türkiyədə futbolçunu küçədə bıçaqlayıb öldürdülər
28.11.2008 - 17:27
Türkiyədə futbolçunun ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, vaxtilə “Aliağa Bəldiyəspor”, “Marmaris Bələdiyəspor” və “Bucaspor” klublarında oynamış Erkan İğdə İzmirin Bergama kəndində bıçaqlanıb.
Cinayətkarlar 34 yaşlı sabiq futbolçunu öncə küçədə döyüb, sonra isə bədəninin müxtəlif hissələrindən bıçaqlayıblar. Erkan İğdenin hansı səbəbdən qətlə yetirildiyi bilinmir. Faktla bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

0
0