Roman Pokora: MOİK-lə oyunda iki top buraxmaq olar?
01.03.2009 - 17:00
“Çox ağır görüş oldu. Biz nəticəyə oynayırdıq və bundan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.
Premyer Liqanın XVI turunda səfərdə MOİK üzərində qələbə qazanan (4:2) Zaqatala təmsilçisinin ukraynalı çalıdırıcısı oyunsonrası mətbuat konfransında razı qalmadığı məqamlardan da danışıb: “Oyunun keyfiyyəti məni qane etmədi. Xüsusilə, 2 top buraxmağımızdan narazı qaldım. Çünki biz liderlər sırasında, rəqib isə son pillələrdə qərarlaşıb. MOİK-in əvvəlki görüşlərini yaxşı təhlil etmişdik. İndi “Bakı” ilə 1 xallıq fərqimiz var və bunu aradan qaldırmağa çalışacağıq”.

- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
0
0