“Milan” rəhbərliyindən baş məşqçiyə ultimatum
03.03.2009 - 16:24
“Milan” rəhbərliyi komandanın baş məşqçisi Karlo Ançelottiyə ultimatum verib. Apasport.az saytının məlumatına görə, bunu klubun vitse-prezidenti Adriano Qalliani deyib. O bildirib ki, “Milan” A seriyasında yalnız ilk “üçlük”də qərarlaşacağı halda, Ançelloti öz vəzifəsində qalacaq. Əks təqdirdə, baş məşqçi tutduğu postdan uzaqlaşdırılacaq.
Hazırda milanlılar 48 xalla 3-cü yeri tuturlar. Birinci pillədə “İnter” (60 xal), ikinci sırada isə “Yuventus” (53 xal) qərarlaşıb. “Milan”ın ən yaxın izləyicisi 46 xala malik “Fiorentina”dır. A seriyasının mükafatçıları birbaşa Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququna yiyələnəcək.
İtaliya mətbuatında Ançelottinin qovulacağı barədə xəbərlər bir aydır yayılıb. Onun mümkün əvəzləyicisi qismində İtaliya yığmasının sabiq baş məşqçisi Roberto Donadoni göstərilir.
Qeyd edək ki, “Milan” son bir həftədə 2 uğursuzluq yaşayıb. UEFA kubokunun 1/16 final mərhələsində “Verder”lə bacara bilməyən Ançelottinin komandası həftə sonu növbəti zərbəni “Sampdoriya”dan alıb (1:2).

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0