Qurbanov Rusiya ilə görüşdə oynamaq istəyir
04.03.2009 - 18:19
Türkiyənin “Boluspor” klubunun futbolçusu İlqar Qurbanov Rusiya yığmasına qarşı oynamaq istəyir. 23 yaşlı futbolçu apasport.az saytına açıqlamasında milli komandamızın martın 28-də Moskvada keçiriləcəyi rəsmi görüşə dəvət alacağına ümid edir. Cari seçmə mərhələdə iştirak etməyən İlqar uzun fasilədən sonra rəsmi matçda çıxış etmək arzusundadır: “Ruslarla oyunda iştirak etmək istərdim. Düzdür, həmin matçın ertəsi çempionatda “Sakaryaspor”la ev oyunumuz var. Ancaq bu komanda turnir cədvəlində sonuncu pillədə gedir. “Boluspor” autsayderlə ev matçında oynamamağımda problem görmür. Türkiyə milli komandasının da həmin rəsmi oyunu var və çempionatlarda bir müddətlik fasilə yaranacaq. “Boluspor” Azərbaycan yığmasında çıxış etməyimi istəyir. Milli komandaya futbolçularının çağırılması onlar üçün qürurvericidir”.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0