UEFA nümayəndəsi Bakıya gəlir
04.03.2009 - 19:42
UEFA nümayəndəsi Markus Keller sabah Bakıya gəlir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın müxtəlif bölgələrində inşa olunan süni örtüklü meydançalarla tanış olmaqdır. Lakin AFFA-nın dəvəti ilə ölkəmizə təşrif buyuran Keller assosiasiya tərəfindən tikilən süni örtüklü meydançalarla tanış olmaqla kifayətlənməyəcək. Onunla bu istiqamətdə gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0