Qidadan zəhərlənən yeddi futbolçu xəstəxanaya yerləşdirildi
04.03.2009 - 20:32
Türkiyə çempionatının ikinci dəstəsinin birinci pilləsində qərarlaşan “Dənizli Bələdiyyəspor” klubunun 7 futbolçusu zəhərlənib. Apasport.az saytının məlumatına görə, artıq xəstəxanaya yerləşdirilən oyunçuların orqanizminin qəbul olunan qidalardan zərər çəkdiyi ehtimal olunur. Gecələr halı daha da pisləşən və mədə ağrılarından əziyyət çəkən Cem, Bəşir, Hüseyn Çelik, Taner, Əli Kamal, Burak və Mustafa Serverqazi Dövlət Xəstəxanasına çatdırılıb. Klubun meneceri Qədir Kanatsızın sözlərinə görə, müalicə olunan futbolçular hələ ki məşqlərə qatılmır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0