Hakimin başına bir qəpik!
06.03.2009 - 16:09
Kolumbiyanın “Amerika Kali” klubunun futbolçuları meydanda qeyri-adi hərəkətlə yadda qalıblar. Apasport.az saytının məlumatına görə, komandanın qapıçısı Xulina Mena ilə müdafiəçi Xerald Viafara Braziliya “San-Paulu”su ilə Libertadores Kuboku uğrunda oyunda dalaşıblar.
Görüşün 29-cu dəqiqəsində qapılarından ikinci topu buraxdıqdan sonra kolumbiyalılar arasında mübahisə yaranıb ki, bu da sonda dava-dalaşla nəticələnib. Hakim bir-birlərini itələyən futbolçuları sarı vərəqə ilə cəzalandırıb. Ancaq oyunda insident bununla bitməyib. Belə ki, Kolumbiyada keçirilən görüşün ikinci hissəsində meydana radioqəbuledicilər, plastik butulkalar, qəpiklər atılmağa başlayıb. Bu qəpiklərdən biri ehtiyat hakim Fransisko Penuele başına dəyib və nəticədə matç dörd dəqiqəlik dayandırılıb.
Qeyd edək ki, görüş “San-Paulu”nun 3:1 hesablı qələbəsi nəticələnib.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0