Qəhrəman Əlyev futbolçulardan gileyləndi
07.03.2009 - 18:25
“Bu gün çox pis oynadıq. Məğlubiyyətin səbəblərini araşdıracağam”. Apasport.az saytının məlumatına görə, bunu MOİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib.
Premyer Liqanın XVII turunda Tovuzda yerli “Turan”a 0:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında Əliyev deyib ki, imkanı olsaydı, oyunda nəinki 3, hətta 6-7 futbolçunu dəyişərdi: “Bu gün uşaqlar çox zəif təsir bağışladılar. Yalnız İsmayıl Məmmədovu fərqləndirə bilərəm. Qalanları isə bu gün sanki meydana futbol oynamaq üçün çıxmamışdılar. Premyer Liqada yerimizi qorumaq üçün bugünkü oyunda bizə xal lazım idi. Lakin təəssüf ki, bu tapşırığın öhdəsindən gələ bilmədik”.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0