Azərbaycan kubokunun paytaxtdakı bütün oyunları televiziya ilə yayımlanacaq
10.03.2009 - 18:02
Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunlarından 3-ü televiziya ilə canlı yayımlanacaq. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, azarkeşlər Bakıda keçirilən bütün oyunları izləmək imkanı qazanacaq. Ümumilikdə isə yalnız Zaqatalada baş tutacaq “Simurq” – “İnter” qarşılaşması istisna təşkil edir. Sabah saat 15:00-da başlayan "Olimpik" - "Qəbələ" görüşü "İdman-Azərbaycan" kanalı, iki saat sonra start götürəcək "Bakı" - "Xəzər-Lənkəran" oyununu isə AzTV ilə canlı yayımlanacaq. Martın 12-si saat 18:00-da meydana çıxacaq "Neftçi" və "Qarabağ"in görüşü də "İdman-Azərbaycan" kanalı ilə birbaşa efirə veriləcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0